...

Azərbaycanda onlayn lotereya biletlərinin satışına başlanılıb

Telekommunikasiya Materials 7 May 2013 15:35 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının 100 faizlik mülkiyyətində olan "AzeriCard" prosessinq mərkəzi "Azərlotereya" ASC-ni onlayn-ödəniş sisteminə qoşub.
Azərbaycanda onlayn lotereya biletlərinin satışına başlanılıb

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Beynəlxalq Bankının 100 faizlik mülkiyyətində olan "AzeriCard" prosessinq mərkəzi "Azərlotereya" ASC-ni onlayn-ödəniş sisteminə qoşub. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı şirkətin yaydığı məlumatda bildirilir.

Ödəmə www.azerlotereya.com internet sahifəsində Visa, Visa Electron, MasterCard və Maestro elektron bank kartları vasitəsilə keçirilir.

Elektron bank kartlarının məlumatı ən təhlükəsiz 3D Secure sistemi tərəfindən qorunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti