...

"Bakcell" Wi-Fi internet xidmətini istifadəyə verib

Telekommunikasiya Materials 14 İyun 2013 19:25 (UTC +04:00)
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə Bakı şəhərində Wi-Fi İnternet Xidmətinin kommersiya istifadəsinə verildiyini elan edir. Şirkət Wi-Fi İnternet Xidmətini Bakının müxtəlif yerlərində təklif edir.
"Bakcell" Wi-Fi internet xidmətini istifadəyə verib

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə Bakı şəhərində Wi-Fi İnternet Xidmətinin kommersiya istifadəsinə verildiyini elan edir. Şirkət Wi-Fi İnternet Xidmətini Bakının müxtəlif yerlərində təklif edir.

"Bakcell-in 3G Sür@ İnternet xidməti istifadəyə verildikdən sonra Bakcell şəbəkəsindəki data trafikinin həcmi 8 dəfədən çox artıb və bunun sayəsində Bakcell bir nömrəli mobil internet provayderinə çevrilib. Bütün daxili və xarici sınaqlar göstərir ki, Bakcell ölkədə ən üstün şəbəkə və ən yüksək 3G buraxılış qabiliyyətinə malikdir. Bu gün mobil internet sabit interneti üstələyir və bu tendensiya gələcəkdə də davam edəcək. Bakcell ən son texnologiyalardan istifadə etməklə Azərbaycanda bu günün ən böyük çöl Wi-Fi əhatəsini təmin edir" -deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.

Wi-Fi xidməti aşağıda qeyd olunan yerlərdə göstərilir: Elmlər Akademiyası və Hüseyn Cavid parkı, Filarmoniya Parkı və İçəri Şəhər metrostansiyasının ətrafı, Fəvvarələr Meydanı, Nizami küçəsi, Zərifə Əliyeva adına park, Nərimanov parkı, Sabir bağı, Xəqani parkı, Sahil parkı və Dəmir Yolu Vağzalı.

Bu xidmətdən bütün Bakcell abunəçiləri yararlana bilər. Wi-Fi paketini əldə etmək üçün balansınız aktiv vəziyyətdə olmalıdır.

Qoşulmaq üçün göstərilən Wi-Fi əhatə ərazilərindən Bakcell Wi-Fi xidmətini, sonra isə əsas səhifədə müvafiq paketi seçin. İstədiyiniz paketin kodunu (1,2 və ya 3) 7600 qısa nömrəsinə göndərin. Parolunuz Sizə SMS vasitəsilə göndəriləcək. Əsas səhifədə şifrəni daxil edin və Wi-Fi İnternetindən yararlanın.

Wi-Fi xidməti mobil cihazlar, noutbuklar, planşetlər və digər oxşar cihazlar üçün nəzərdə tutulub.

Bakcell sizə cəmi 1 qəpiyə 30 dəqiqəlik sınaq paketi, 0.55 və 0.99 AZN-ə isə 1 və 3 saatlıq paketlər təklif edir. Bundan əlavə, paketlərə müvafiq olaraq 100 Mb, 300 Mb və 1000 Mb trafik əldə edirsiniz.

İnternet xidmətinin sürəti ən yaxın Wi-Fi giriş nöqtəsinə olan məsafədən asılı olaraq 10Mb/s-ə kimidir.

Bakcell öz müştərilərini ən mükəmməl şəbəkə keyfiyyəti ilə təmin etmək üçün şəbəkəyə sərmayə yatırımını davam edəcək. Yaxın gələcəkdə Wi-Fi zonaları şəhərin Texniki Universitet, Azərbaycan Memarlıq və İnsaat Universiteti, Muğan Parkı, Səməd Vurğun bağı, Qış parkı, Heydər Əliyev Parkı və bir çox digər yerlərində quraşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti