...

"AzeriCard" İnternet Bankinq xidmətinin yeni versiyasını tətbiq edib

Telekommunikasiya Materials 7 Avqust 2013 17:55 (UTC +04:00)
"AzeriCard" prosessinq mərkəzi İnternet Bankinq xidmətinin yeni versiyasını istifadəyə verib.
"AzeriCard" İnternet Bankinq xidmətinin yeni versiyasını tətbiq edib

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir H.Vəliyev/

"AzeriCard" prosessinq mərkəzi İnternet Bankinq xidmətinin yeni versiyasını istifadəyə verib.

Mərkəzdən çərşənbə günü Trend-ə verilən məlumata görə, yeni interfeys və proqramın asanlaşdırılmış iş sxemi istifadəçilərə hesablarını idarə etmək imkanını genişləndirir.

Xidmətlər siyahısına Şablon və Rekurent ödənişləri əlavə olunub. Ödəməni təsdiqləmək üçün birdəfəlik parolların əldə olunması növlərinin seçimi təqdim olunur: birdəfəlik parolların SMS, MobilBank və ya ATM vasitəsilə əldə olunması.

Bundan başqa, qeydiyyat üsulu da asanlaşdırılıb. Əgər plastik kartınız SMS Notifications xidmətinə qoşulubsa, ATM-dən əldə olunan birdəfəlik parol siyahısından istifadə etmədən sistemdə qeydiyyatdan keçə bilərsiniz. Bunun üçün https://www.hbservice.com/ saytında "Register by card number" bölməsini seçin və plastik kart nömrəsini daxil edin.

Bundan sonra mobil telefonunuza SMS vasitəsilə birdəfəlik parol göndəriləcək. Həmçinin, müştərilər kart üzrə aparılan əməliyyatları rahat formatda izləyə biləcəklər: İnternet Bankinq sistemində aparılan əməliyyatlar və hesab üzrə ümumi məlumat.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti