Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir H.Vəliyev/
"İntrans" şirkəti (.az domeninin millli qeydiyyatçısı) ikinci səviyyəli .az domeninin qiymətlərini endirib. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın milli ".az" domeninin 20 illik yubileyinə həsr edilmiş konfransda çıxışı zamanı "IntraNS" şirkətinin Baş direktoru Faiq Fərmanov bildirib.
Fərmanovun sözlərinə görə, hazırda ikinci səviyyəli domenlərin (com.az, net.az, biz.az və.b) dəyəri 10 manat (daha əvvəl) təşkil edir. Bu domentlərin qeydiyyatı pulsuzdur.
Fərmanov bildirib: "Hesab edirik ki, bu qeydə alınan domenlərin sayına daha böyük təkan verəcək. Son 10 il ərzində hazırda ümumi sayı 18 mini keçən domenlərin qeydiyyatında ciddi artım qeydə alınıb. Qeydiyyata alınan domenlərin sayının illik artımı təxminən 20 faiz olur".
Fərmanovun sözlərinə görə, bununla yanaşı Azərbaycan təhsil müəssisələrinin domenlərinin (edu.az) qeydiyyatı və texniki dəstəyi ödənişsiz olaraq həyata keçirilir.