...

Azərbaycanda İKT sahəsində 10-dan artıq yeni standart qəbul ediləcək

Telekommunikasiya Materials 10 Sentyabr 2013 15:03 (UTC +04:00)
Azərbaycanda İKT sahəsində 14 yeni milli standartın qəbul ediləcəyi gözlənilir.
Azərbaycanda İKT sahəsində 10-dan artıq yeni standart qəbul ediləcək

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbirlər H. Vəliyev, E. Əliyev/

Azərbaycanda İKT sahəsində 14 yeni milli standartın qəbul ediləcəyi gözlənilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, nazirlik yanında İKT üzrə Texniki komitə yaradılıb: "Bu komitə, o cümlədən İKT sahəsində standartların hazırlanması və beynəlxalq standartların Azərbaycan dilinə lokallaşdırılması ilə məşğul olur".

Nazir müavini bildirib ki, hazırda ölkədə İKT sahəsi üzrə təqribən 30 standart qəbul edilib: "Onlar arasında informasiya təhlükəsizliyi, informasiya texnologiyalarının yaradılması və s. üzrə standartlar mövcuddur. Bu istiqamətdə işlər davam edir".

E. Vəlizadə qeyd edib ki, Azərbaycanda qəbul edilməsi planlaşdırılan sonuncu standartlar bunlardır: "Biometrik texnologiyalar, proqram məhsullarının hazırlanması sahəsində rəqəmsal televiziya və terminologiyalar üzrə standartlar. Onların hazırlanmasında beynəlxalq standartlar əsas götürülür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti