Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir H.Vəliyev/
"AzeriCard" prossesinq mərkəzi "SMS MƏLUMAT" xidmətinə qoşulan mobil telefon nömrəsini dəyişmək imkanını təqdim edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı mərkəzdən məlumat verilib.
Xidmətdən istifadə "AzeriCard" şəbəkəsində fəaliyyət göstərən bütün bankomatlarda mümkündür.
"AzeriCard"dan bildirilir ki, xidmətə qoşulan nömrəni dəyişdirmək üçün müştəri bankomata yaxınlaşıb kartını daxil edib əsas menyuda "XİDMƏTLƏR"i seçir. "Xidmətlər" menyusunda "SMS MƏLUMAT" düyməsini seçməlidir. "SMS MƏLUMAT" menyusunda müştəri kartının xidmətə qoşulan mobil nömrəni dəyişdirə bilər.