...

Bakı Beynəlxalq Avtovağzalı biletlərin onlayn satışına başlayıb

Telekommunikasiya Materials 20 Noyabr 2013 17:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir H.Vəliyev/

"AzeriCard" prosessinq mərkəzi Bakı Beynəlxalq Avtovağzalını onlayn ödənişlər sisteminə qoşub. Bunu çərşənbə günü Trend-ə "AzeriCard"ın Biznesin inkişafı departamentinin rəhbəri Cahangir Məmmədov deyib.

Onun sözlərinə görə, yeni sistem sərnişinlərə biletləri VISA, VISA Electron, MasterCard və Maestro elektron bank kartlarından istifadə etməklə korporativ internet resursu (bbak.az) vasitəsilə onlayn rejimdə əldə etməyə imkan verəcək.

Plastik kartların təhlükəsizliyinə "3DSecure" təhlükəsiz texnologiyalar sistemi tərəfindən zəmanət verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti