...

Azərbaycan səslə idarə edilən robot istehsalına başlamaq niyyətindədir

Telekommunikasiya Materials 1 Dekabr 2013 16:00 (UTC +04:00)
Azərbaycanda səslə idarə edilən robot istehsalına başlanıla bilər. Trend-in məlumatına görə, bunu cümə günü rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə "BakuTel 2013" sərgisinə həsr edilmiş mətbuat konfransında deyib.
Azərbaycan səslə idarə edilən robot istehsalına başlamaq niyyətindədir

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda səslə idarə edilən robot istehsalına başlanıla bilər. Trend-in məlumatına görə, bunu cümə günü rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə "BakuTel 2013" sərgisinə həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, artıq bu gün respublikada sənaye miqyasında robot texnologiyasının inkişafına maraq göstərilir.

E.Vəlizadə qeyd edib ki, bu sahədə artıq müəyyən işlər görülüb:

"Onlardan biri səslə idarə olunan kompüterdir. Həmin kompüter görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutulub və artıq Azərbaycanda yaradılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti