...

Azərbaycanın daha bir mobil operatorunun abunəçiləri virtual kartlardan istifadə edə bilərlər

Telekommunikasiya Materials 12 Fevral 2014 18:30 (UTC +04:00)
"AzeriCard" prosessinq mərkəzinin və Azərbaycan Beynəlxalq Bankının birgə təqdim etdiyi Virtual ödəmə kartının SMS vasitəsilə dərhal əldə olunması xidmətindən artıq "Bakcell" abunəçiləri də yararlana bilərlər.
Azərbaycanın daha bir mobil operatorunun abunəçiləri virtual kartlardan istifadə edə bilərlər

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir H.Vəliyev/

"AzeriCard" prosessinq mərkəzinin və Azərbaycan Beynəlxalq Bankının birgə təqdim etdiyi Virtual ödəmə kartının SMS vasitəsilə dərhal əldə olunması xidmətindən artıq "Bakcell" abunəçiləri də yararlana bilərlər.

Trend-in "AzeriCard"a istinadən verdiyi məlumata görə, Virtual kartını almaq üçün YENİ valyuta (AZN/USD/EUR), məsələn, YENİ AZN komandası 7111 qısa nömrəsinə göndərilir və internet vasitəsilə alış-veriş aparmaq üçün VISA və ya MasterCard kartlarının bütün lazımi rekvizitləri SMS ilə telefona daxil olur.

Həmin kart istər Azərbaycanın, istərsə də xarici internet səhifələrdə istifadə oluna bilər. Ani Virtual kartını hədiyyə etmək də olar. Bunun üçün HEDİYYE, mobil telefonun nömrəsi, valyuta (AZN/USD/EUR), məsələn, HEDIYYE 0551234567, AZN, göndərmək lazımdır.

Qeyd edək ki, bir mobil telefon nömrəsinə müxtəlif valyutalarda 3 kart sifariş etmək mümkündür. Virtual kart 1 il müddətinə buraxılır. Kartın qiyməti ayda 0.99 AZN-dir. Kartın balansını artırmaq üçün "Kart Transfer" və ya "Cash to any Card" xidmətlərindən istifadə etmək olar.

Ətraflı məlumat üçün: www.anikart.az

Yaxın gələcəkdə "Azerfon" abunəçiləri də bu xidmətdən yararlana biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti