...

Azərbaycan Beynəlxalq Bankı kreditlərin onlayn ödənişi xidmətini tətbiq edib

Telekommunikasiya Materials 14 Aprel 2014 10:18 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı (ABB) "AzeriCard" prosesinq mərkəzi ilə birgə əməkdaşlığı nəticəsində bankın veb-saytında kredit ödənişlərinin onlayn edilməsi imkanı yaradıb.
Azərbaycan Beynəlxalq Bankı kreditlərin onlayn ödənişi xidmətini tətbiq edib

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Beynəlxalq Bankı (ABB) "AzeriCard" prosesinq mərkəzi ilə birgə əməkdaşlığı nəticəsində bankın veb-saytında kredit ödənişlərinin onlayn edilməsi imkanı yaradıb. Trend-in məlumatına görə, bu barədə "AzeriCard"ın bazar ertəsi yaydığı məlumatda deyilir.

Artıq bankın müştəriləri plastik kart vasitəsi ilə heç bir yerə getmədən, sadəcə www.ibar.az və ya www.azericard.com veb-saytına daxil olaraq real vaxt rejimində öz kredit borclarını ödəyə bilərlər. Həmçinin, həmin xidmət vasitəsi ilə müştərilər hesaba mədaxil əməliyyatı da apara bilərlər. Bu əməliyyatların aparılmasına görə müştərilərdən heç bir komissiya tutulmur. Bundan başqa, rahatlıq üçün müştərilərə, onların arzu etdikləri halda həyata keçirdikləri əməliyyatın təfərrüatları haqqında məlumat onların elektron ünvanına da göndərilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti