...

Azərbaycan bankı kredit borclarını MobilBank və Internet banking vasitəsilə ödəmək imkanı yaradan xidmət təqdim edib

Telekommunikasiya Materials 23 Avqust 2014 15:19 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı "AzeriCard" prosessinq mərkəzi ilə birgə öz müştərilərə kredit borclarını MobilBank və Internet banking vasitəsilə ödəmək imkanı yaradan "Cari hesaba mədaxil" xidmətini təqdim edib.
Azərbaycan bankı kredit borclarını MobilBank və Internet banking vasitəsilə ödəmək imkanı yaradan xidmət təqdim edib

Azərbaycan, Bakı, 23 avqust/Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan Beynəlxalq Bankı "AzeriCard" prosessinq mərkəzi ilə birgə öz müştərilərə kredit borclarını MobilBank və Internet banking vasitəsilə ödəmək imkanı yaradan "Cari hesaba mədaxil" xidmətini təqdim edib.

Trend-in "AzeriCard"ın məlumatına istinadən verdiyi xəbərə görə, ödəməni aparmaq üçün MobilBank menyusunun "Bank xidmətləri" və ya Internet Banking menyusunun "Hesabın artırılması" bölməsinə daxil olub hesabın nömrəsini və məbləği daxil edin və əməliyyatı təsdiq etmək lazımdır.

İstifadəçi sorğunun yerinə yetirilməsi barədə məlumatlandırılır. MobilBank xidməti balansı yoxlamaq, hesabdan çıxarışı almaq, kartın oğurlanması və ya itirilməsi hallarda onu bloklaşdırmaq, pulu kartdan karta köçürmək, mobil operatorlarının, İnternet provayderlərinin, TV və kommunal şirkətlərinin xidmətlərini ödəmək, Cash by Code xidmətindən istifadə etmək və birdəfəlik parolları yaratmaq imkanı yaradır. Gələcəkdə menyunun yeni ödənişlər və xidmətlər ilə genişləndirilməsi planlaşdırılır.

Qeyd edək ki, hazırda "AzeriCard"ın şəbəkəsində 1,5 min bankomat, təqribən 30 min POS-terminal və 2 milyona yaxın karta xidmət göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti