...

Azərbaycan və İran İT avadanlıqlarının birgə istehsalına hazırlaşır

Telekommunikasiya Materials 11 İyun 2015 15:34 (UTC +04:00)
Azərbaycan və İran kompüter və telekommunikasiya avadanlıqlarının birgə istehsalına başlamağa hazırlaşırlar ki, bu da iki ölkənin İKT sahəsində əsas əməkdaşlıq istiqamətlərindən biridir.
Azərbaycan və İran İT avadanlıqlarının birgə istehsalına hazırlaşır

İran, Tehran, 11 iyun /Trend, müxbirlər Hüseyn Vəliyev, Təmkin Cəfərov/

Azərbaycan və İran kompüter və telekommunikasiya avadanlıqlarının birgə istehsalına başlamağa hazırlaşırlar ki, bu da iki ölkənin İKT sahəsində əsas əməkdaşlıq istiqamətlərindən biridir.

Bunu Trend-ə Rabitə və Yüksək Texnologiylar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov deyib.

Onun sözlərinə görə, iki ölkənin birgə istehsala başlamaq perspektivlərinə rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədovun başçılıq etdiyi nümayəndə heyətinin iyunun 15-də İrana səfəri çərçivəsində baxılacaq: "Görüş zamanı televiziya və radio yayımı və peyk rabitəsi sahələrində əməkdaşlıq məsələləri də nüzakirə olunacaq".

V.Zeynalov qeyd edib ki, "Azərkosmos" ASC rəhbərliyi İran tərəfi ilə "Azerspace-1" telekommunikasiya peykinin resurslarından İranın televiziya və radio kanallarının yayımı üçün istifadə edilməsi məsələsi barədə danışıqlar aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti