Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/
Oktyabrın əvvəlində Azərbaycanın efir məkanında növbəti kompleks profilaktika aparılacaq. Bunu Trend-ə "Teleradio" İstehsalat Birliyindən deyiblər.
Kompleks profilaktika ilə əlaqədar bəzi telekanal və radiostansiyaların yayımı müvəqqəti dayandırılacaq.
Kompleks profilaktika bütün avadanlıqların texniki vəziyyətini yoxlamaq üçün nəzərdə tutulub.