...

"Microsoft" və "Yandex" əməkdaşlıq edəcəklər

Telekommunikasiya Materials 13 Oktyabr 2015 17:18 (UTC +04:00)
“Microsoft” korporasiyası və Rusiyanın “Yandex” internet şirkəti “Windows 10” əməliyyat sisteminin inteqrasiya edilmiş “Yandex” axtarış sistemi ilə birgə istifadəçilərə təqdim olunmasını nəzərdə tutan strateji əməkdaşlıq barədə elan edib.
"Microsoft" və "Yandex" əməkdaşlıq edəcəklər

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

"Microsoft" korporasiyası və Rusiyanın "Yandex" internet şirkəti "Windows 10" əməliyyat sisteminin inteqrasiya edilmiş "Yandex" axtarış sistemi ilə birgə istifadəçilərə təqdim olunmasını nəzərdə tutan strateji əməkdaşlıq barədə elan edib.

Razılığa əsasən Rusiya, Belarus, Qazaxıstan, Ukrayna, Türkiyə və bir sıra digər ölkələrdən olan istifadəçilər "Yandex" axtarış sisteminin quraşdırıldığı "Windows 10"-a asanlıqla keçid imkanı veriləcək. Yenilənmədə "Yandex" "Windows 10" platformasında çalışan cihazlarda "Microsoft" brauzerlərinə - "Microsoft Edge" və "Internet Explorer" tətbiqlərində inteqrasiya edilmiş ilkin axtarış sistemi və başlanğıc səhifəsi olacaq.

Şirkətlər arasındakı razılaşmaya əsasən, "Windows 10" cihazlarında "Microsoft" qeyd olunmuş ölkələrin istifadəçilərinə vərdiş etdikləri brauzer və "Yandex" axtarış xidməti ilə işləmək imkanı təklif edəcək. Xatırladaq ki, "Windows 10" əməliyyat sistemi "Windows 7" və "Windows 8"in lisenziyalı versiyalarının bütün istifadəçilərinə yeni ƏS-nin təqdimatından etibarən bir il ərzində pulsuz şəkildə təqdim olunur.

Razılaşma həm də "Yandex"in xüsusi yaradılmış səhifədə əməkdaşlığın şamil edildiyi ölkə istifadəçilərinə "Windows 10" sisteminin üstünlükləri barədə danışması və onun imkanlarının nümayişini nəzərdə tutur. Bundan əlavə "Yandex" sözügedən səhifədə "Windows 10" əməliyyat sisteminin rəsmi versiyasını yükləyib quraşdırmağı təklif edəcək.

"Microsoft" korporasiyasının "Windows" və Cihazlar bölməsinin icraçı vitse-prezidenti Terri Meyson qeyd edib: "Biz "Windows 10" platformasının dünyada istənilən istifadəçinin bəyənəcəyi imkanlarının təqdim olunması prinsiplərinə sadiq qalırıq. Bu hədəfə nail olma vasitələrindən biri regional amilləri nəzərə alan xidmətlərin təklif olunmasıdır. "Microsoft" və "Yandex" şirkətlərini uzunmüddətli məhsuldar tərəfdaşlıq əlaqələri birləşdirir. Hazırda "Yandex" axtarış xidməti bu ölkələrin bazarlarında mobil platformamız olan "Windows Phone" sisteminə inteqrasiya edilib. Hazırda isə regionda "Yandex" axtarış sistemini bütünlüklə "Windows 10" ekosisteminə tətbiqini planlaşdırırıq".

"Yandex"in baş direktoru Arkadi Voloj bildirib: "Windows 10" artıq müvəffəqiyyətli olduğunu sübut edib və "Microsoft"un güclü lokal tərtibatçılarla əməkdaşlığa hazır olması sayəsində böyük potensial nümayiş etdirib. Yeni razılaşmalar məhsullarımızın keyfiyyətini sübut edən uzunmüddətli əməkdaşlıq əlaqələrinin qanunauyğun inkişafının nəticəsidir".

Əməkdaşlığa əsasən, "Yandex" istifadəçilərə informasiya axtarışı, naviqasiya, musiqi dinlənilməsi, taksi sifarişi, xəritə və digər məhsulların axtarışı üçün universal "Windows" tətbiqlərini təklif edəcək.

"Windows 10" əməliyyat sistemi bütün dünya üzrə istifadəçilərə 29 iyul 2015-ci il tarixindən etibarən təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti