...

Bakıda bütün parkomatlar dəyişdiriləcək

Telekommunikasiya Materials 13 Noyabr 2015 11:56 (UTC +04:00)
Bakıda parkomatlar təkcə nağd ödənişləri deyil, həm də plastik kartları qəbul edəcək daha müasir parkomatlarla əvəz ediləcək.
Bakıda bütün parkomatlar dəyişdiriləcək

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Bakıda parkomatlar təkcə nağd ödənişləri deyil, həm də plastik kartları qəbul edəcək daha müasir parkomatlarla əvəz ediləcək. Bunu Trend-ə telekommunikasiya bazarındakı mənbə deyib.

Mənbənin sözlərinə görə, hazırda bu məsələyə Bakı Şəhər İcra Hakimiyyətində baxılır: "Parkomatların yaxın 3-4 ay ərzində dəyişdiriləcəyinə başlanılması gözlənilir".

Bundan başqa, sürücülərə SMS-in köməkliyilə parklama ödənişinin yeni variantını təklif etmək planlaşdırılır.

Ödəniş üçün abonent balansından istifadə ediləcək. Göndərilən SMS-in qiyməti 0,10 manatı ötməyəcək, parklamanın ödəniş məbləği bu xidmətə görə mövcud tariflərə uyğun olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti