...

Azərbaycan bankı JCB kartlarına xidmət göstərməyə başladı

Telekommunikasiya Materials 1 Fevral 2016 15:43 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq "AzeriCard" prosessinq mərkəzinin dəstəyi ilə "JCB International" ödəniş sisteminin kartlarından Azərbaycan Beynəlxalq Bankının bütün bankomat və POS-terminallarında istifadə etmək olar.
Azərbaycan bankı JCB kartlarına xidmət göstərməyə başladı

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycanda ilk dəfə olaraq "AzeriCard" prosessinq mərkəzinin dəstəyi ilə "JCB International" ödəniş sisteminin kartlarından Azərbaycan Beynəlxalq Bankının bütün bankomat və POS-terminallarında istifadə etmək olar.

Trend-in "AzeriCard"a istinadən verdiyi məlumata görə, Yaponiyanın böyük ödəniş sistemi olan JCB (Japan Credit Bureau) 1961-ci ildə yaradılıb. Bu gün bütün dünyada 89 milyondan çox şəxs JCB kartlarından istifadə edir.

JCB kartları Yaponiyadan başqa dünyanın 19 ölkəsində, o cümlədən Çin, Cənubi Koreya, Tayvan, Vyetnam, İndoneziya, Filippin, Sinqapur, Avstriya, İspaniya, ABŞ və Rusiyada buraxılır. JCB beynəlxalq ödəniş sistemi kart qəbulu nöqtələrinin sayına görə dünyada üçüncüdür. JCB kartlarına dünyanın 190 ölkəsində 28 milyondan çox ticarət və iaşə mərkəzində xidmət göstərilir.

Bu ödəniş sistemi ilə əməkdaşlıq indi JCB kartlarından Azərbaycan Beynəlxalq Bankına məxsus 730 bankomatda, habelə bankın xidmət şəbəkəsinin əhatə etdiyi 11 mindən çox ticarət və xidmət məkanında da istifadə imkanı verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti