...

Mobil telefonlardan "Facebook"a giriş pulsuz olacaq

Telekommunikasiya Materials 27 Noyabr 2016 16:38 (UTC +04:00)
Yaxın günlərdə "Bakcell" şirkətinin bütün abonentləri üçün "Facebook" sosial şəbəkəsinə giriş pulsuz olacaq.
Mobil telefonlardan "Facebook"a giriş pulsuz olacaq

Bakı. Hüseyn Vəliyev - Trend:

Yaxın günlərdə "Bakcell" şirkətinin bütün abonentləri üçün "Facebook" sosial şəbəkəsinə giriş pulsuz olacaq. Bu barədə Trend-ə şirkətdən bildiriblər.

Hazırda bu xidmət yalnız DoğmaCİN tarif paketinin abonentləri üçün pulsuzdur.

Pulsuz xidmət "Facebook"un bütün mobil tətbiqləri, eləcə də "FB Messenger"ə aiddir.

"Facebook"dan digər saytlara keçid, həmçinin "FB Messenger" vasitəsilə zənglər isə müvafiq tariflə hesablanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti