...

Azərbaycan göndərilən spamın sayına görə qlobal reytinqdə 70-ci yerdədir

Telekommunikasiya Materials 29 Avqust 2017 11:12 (UTC +04:00)
Azərbaycan göndərilən spamın sayına görə qlobal reytinqdə 70-ci yerdədir.
Azərbaycan göndərilən spamın sayına görə qlobal reytinqdə 70-ci yerdədir

Bakı. Trend:

Azərbaycan göndərilən spamın sayına görə qlobal reytinqdə 70-ci yerdədir.

Trend-in məlumatına görə, bu barədə “Kaspersky Lab”ın analitik hesabatında deyilir.

Qeyd olunur ki, spamerlərin korporativ sektora marağı artıb. Belə ki, 2017-cil ilin ikinci rübündə şirkətin mütəxəssisləri müxtəlif təşkilatların əməkdaşları tərkibində zərərverici əlavələr olan elektron məktubların aldığını müəyyən ediblər. Bu cür məktublara bir çox müxtəlif zərərvericilər əlavə olunur: o cümlədən hücum olunan təşkilatın daxili servislərinə və maliyyə sistemlərinə daxil olmaq üçün login və parolların oğurlanması.

Bundan başqa, ifşa olunmamaq üçün spamerlər bir sıra fırıldağa da əl atıblar. Məsələn, zərərverici proqramlar parollu arxivə yerləşdirilərək göndərilib ki, müdafiə həlləri onları açmamışdan öncə müəyyən edə bilməsin.

Məktubları alan şəxslərin sayıqlığını zəiflətmək üçün isə cinayətkarlar zərərverici yollamaları işgüzar məktublaşma kimi maskalayırdılar – bununla belə, onlar nəinki iş poştunu kopyalayır, həmçinin mövcud şirkətin rekvizitlərindən, imzalarından və loqotiplərindən istifadə edirlər, məktubun mövzusu bölməsində isə şirkətin fəaliyyət profilinə uyğun olmağa çalışırlar.

Spam-yollamalar üzrə (o cümlədən korporativ istifadəçilər üçün) ötən rübün ən qaynar mövzusu “WannaCry” şifrələyicisi olub. Bütün dünya üzrə poçt vasitəsilə yeni zərərverici ilə mübarizə aparmağa dair xidmətlər təklif olunurdu: yoluxmanın qarşısının alınması, təlim seminarlarının keçirilməsi və s. Bəzi məktublar tanınmış proqram təminatı istehsalçıları adından göndərilirdi. Məktubda qeyd olunurdu ki, istifadəçinin kompüteri virusa yoluxub və o, müəyyən bir yenilənməni quraşdırmalıdır. Məktubda yenilənməni yükləmək üçün link də qeyd olunurdu, lakin bu link istifadəçini fişinq səhifəsinə yönləndirirdi.

“Kütləvi məktub yollama prosesində cinayətkarların “WannaCry”ı xatırlamaları bir daha onu göstərir ki, onlar potensial qurbanları olan – istifadəçilərdə ən çox narahatlıq hissi yaradan qlobal hadisələri necə diqqətlə izləyirlər. Hansısa bir hadisənin ətrafında yaranan ajiotaj cinayətkarların xeyrinədir, axı insan stress zamanı və ya hadisənin gedişatını bilmək məqsədilə ona gələn qaynar mövzulu məktubu, çox güman ki, açacaq, qeyd olunmuş linkə daxil olacaq və nəticədə cinayətkarların tələsinə düşəcək”, - “Kaspersky Lab” şirkətinin kontent təhlili üzrə mütəxəssisi Darya Loseva bildirib.

Ümumiyyətlə isə, ikinci rüb ərzində dünya poçt trafikində spamın payı cüzi artaraq 57% təşkil edib. 2017-ci ilin ikinci rübünün yekunklarına görə, spamın mənbəyi üzrə dünya reytingində ilk üç lider arasında dəyişiklik baş verib. Siyahıda ən çox göndərilən spam üzrə ilk yerdə göstəricisi 12,37% təşkil edən Vyetnam qərarlaşıb. İkinci yeri göndərilən spamın payı 8,65 faiz bəndi azalaraq 10,1% təşkil edən ABŞ tutb. Üçlüyü əvvəlki kimi Çin tamamlayır, bu ölkənin göstəricisi rüb ərzində 1,19 faiz bəndi artaraq 8,96%-ə çatıb. Azərbaycan isə bu göstəriciyə görə siyahıda 70-ci yerdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti