...

Azərbaycan və Belarus yüksək texnologiyalar sahəsində əməkdaşlıq edəcəklər

Telekommunikasiya Materials 2 Mart 2018 14:11
Azərbaycan və Belarus yüksək texnologiyalar sahəsində əməkdaşlıq haqqında razılığa gəliblər.
Azərbaycan və Belarus yüksək texnologiyalar sahəsində əməkdaşlıq edəcəklər

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan və Belarus yüksək texnologiyalar sahəsində əməkdaşlıq haqqında razılığa gəliblər.

Trend-in BELTA-ya istinadən verdiyi məlumata görə, bu məsələ Azərbaycan Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərovun rəhbərlik etdiyi nümayəndə heyətinin Belarus Yüksək Texnologiyalar Parkına (YTP) səfəri zamanı müzakirə olunub.

YTP-nin direktoru Vsevolod Yançevski nümayəndə heyətinin üzvlərini parkın işi və nailiyyətləri ilə tanış edib. Yüksək Texnologiyalar Parkının rezident-şirkətlərinin nümayəndələri öz işlərini, o cümlədən Azərbaycanda səmərəli istifadə oluna biləcək məhsul və texnologiyaları nümayiş etdiriblər.

Tərəflər arasında Azərbaycanda konkret əməkdaşlıq layihələri və Belarus texnologiyalarının tətbiqi barədə razılıq əldə olunub.

Görüşdə Azərbaycan tərəfi "ASAN xidmət"in orijinal konsepsiyası və işinin nəticələrini təqdim ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti