Bakı. Trend:
Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin salınmasına 2023-cü ildə başlanılacaq.
Trend-in məlumatına görə, bunu bu gün Özbəkistanın Səmərqənd şəhərində keçirilən "ICT Week Uzbekistan – 2022" tədbirində çıxışı zamanı Qazaxıstanın rəqəmsal inkişaf naziri Bağdad Musin deyib.
"Layihə region ölkələrinə internetə alternativ çıxış üçün, eləcə də Avropa ilə Asiya arasında trafik tranzitini genişləndirməyə imkan verəcək. Qazaxıstan tərəfindən layihənin tərəfdaşı "Kazaxtelekom", Azərbaycan tərəfindən isə "AzerTelecom" şirkətləridir", - nazir deyib.
O əlavə edib ki, hazırda layihənin dizaynı hazırlanır. Kabelin uzunluğu 340 kilometrdən çox olacaq, Kurık limanından Buzovnaya qədər ehtiyat kanalın uzunluğu isə 330 kilometrə yaxın olacaq.