...

Özbəkistan və Azərbaycan innovativ dövlət xidmətləri sahəsində sıx əməkdaşlıq edir

Telekommunikasiya Materials 15 Dekabr 2022 13:43 (UTC +04:00)
Özbəkistan və Azərbaycan innovativ dövlət xidmətləri sahəsində sıx əməkdaşlıq edir
Aygün Məhərrəmova
Aygün Məhərrəmova
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistan Azərbaycanla innovativ dövlət xidmətləri sahəsində sıx əməkdaşlıq edir.

Trend xəbər verir ki, bunu Özbəkistanın ədliyyə naziri Əkbər Taşkurov “Müasir idarəetməyə yol: davamlı və innovativ dövlət xidmətlərinə doğru” adlı beynəlxalq forumda çıxışı zamanı deyib.

Ə.Taşkurov çıxışının əvvəlində “ASAN xidmət”in (Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi) 10 illik yubileyi münasibətilə təbrik edib.

"Özbəkistan "ASAN xidmət"lə sıx əməkdaşlıq edir və innovativ dövlət xidmətləri sahəsində təcrübə mübadiləsi aparır. Özbəkistanda elektron hökumət sistemi, innovativ texnologiyaların tətbiqi yeni səviyyəyə yüksəlib", - deyə Ə.Taşkurov qeyd edib.

O bildirib ki, hazırda Özbəkistan hökuməti dövlət xidmətlərinin inkişafı istiqamətində addımlar atır. Məsələn, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkə vətəndaşlarına dövlət xidmətlərinin göstərilməsinin sadələşdirilməsi və sürətləndirilməsi üçün 2022-2026-cı illər üçün strategiya qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti