...

Polşa Azərbaycanla innovasiya sahəsində əməkdaşlığı davam etdirməkdə maraqlıdır - Səfir

Telekommunikasiya Materials 2 İyun 2023 13:27 (UTC +04:00)
Polşa Azərbaycanla innovasiya sahəsində əməkdaşlığı davam etdirməkdə maraqlıdır - Səfir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Avropada startaplara investisiyalar üzrə lider olan Polşa azərbaycanlı tərəfdaşları ilə əməkdaşlığı davam etdirməkdə və V4-Azerbaijan Tech Bridge (V4ATB) kimi layihələri inkişaf etdirməkdə maraqlıdır.

Trend-in məlumatına görə, bu barədə cümə günü Polşanın Azərbaycandakı səfiri Rafal Poborski "Böyük Final V4-Azerbaijan Tech Bridge" mövzusunda keçirilən tədbirdə deyib.

"İnkişaf etməkdə olan investorların potensialını Avropa iqtisadiyyatlarının müəyyən edilmiş potensialı ilə birləşdirmək maraqlı və innovativ layihələrə səbəb ola bilər. Çoxtərəfli təşəbbüs olan bu layihə çətinlikləri aradan qaldırmaq və rəqabət üstünlükləri ilə yeni texnoloji və sənaye həlləri yaratmaq məqsədi daşıyır," - səfir bildirib.

Qeyd edək ki, V4-Azerbaijan Tech Bridge (V4ATB) layihəsi Polşa Respublikasının Bakıdakı səfirliyinin təşəbbüsü ilə həyata keçirilib və Beynəlxalq Vişeqrad (V4) Fondundan maliyyələşib.

18 ay davam edəcək layihənin məqsədi innovasiya mərkəzləri, Aİ-dən özəl investorlar, vençur kapitalı fondları və korporasiyalar kimi startap ekosisteminin iştirakçıları arasında əlaqə yaratmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti