...

İnternet –provayder Cəmiyyəti İnternet xidmətlərinə tarifi azaltmağa hazırdır

Telekommunikasiya Materials 11 Yanvar 2006 19:13 (UTC +04:00)

Əgər rabitə və informasiya texnologiyaları Nazirliyi belə bir siyasət aparsa, onda İnternet -provayder Cəmiyyəti İnternet xidmətlərinə tarifi azaltmağa hazırdır. Trend bildirir ki, yanvarın 11-də Cəmiyyətin həmtəsisçisi Ayaz Kərimov bu barədə jurnalistlərə bəyan edib.

Onun sözlərinə görə, ölkədə İnternet xidmətlərinə tarifin azaldılmasından imtina ilə bağlı təqsirləndirilmə həqiqətə uyğun deyil və ötən il ATS-də müvafiq avadanlığın yerləşdirilməsinə görə icarə haqqının ikiqat artırılmasına baxmayaraq İnternet-provayderlər öz xidmət tarifini 40% endirib.

O, həm də bildirib ki, qiymətlərin sonradan azaldılması Bakı şəhər telefon şəbəkəsinin genişmiqyaslı İnternet xidmətlərinin göstərilməsində provayderlər üçün çoxkanallı telefon rabitəsi xidmətlərinə tariflərindən asılıdır və bu, həmtəsisçinin sözlərinə görə, 2006-cı ilin yanvarın 1-dən 8 dəfə artırılıb.

A.Kərimov qeyd edib ki, ötən 2 il ərzində qlobal şəbəkədən çıxış edən kanallar 20 dəfə yaxud $38 min-dən/1mb $2,4 minədək azaldılıb.

" Kanalın provayderdən $38 min qiymətində istifadəsi ona gətirib çıxarardı ki, aylıq internet kartlarının qiyməti $800-900 təşkil edərdi" -deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti