...

Azərbaycan və ABŞ "İT sahəsində qarşılıqlı anlayış haqqında" memorandum imzalamağa hazırlaşır

Telekommunikasiya Materials 30 İyun 2006 19:30 (UTC +04:00)

Rabitə və informasiya texnologiyaları naziri iyulun 10-dan 17-dək ABŞ-a rəsmi səfər edəcək. Bu barədə Trend ə nazirlikdən məlumat verilib.

Səfər zamanı Əli Abbasov Azərbaycanın informasiya-kommunikasiya texnologiyasını təqdim edəcək, son islahatlar, həyata keçirilən layihələr haqqında məlumat verəcək. ABŞ Ticarət Departamenti və Azərbaycan-Amerika Ticarət palatası tərəfindən təşkil olunan təqdimat mərasimi iyulun 11-də Vaşinqtonda keçiriləcək.

Səfər çərçivəsində Ə.Abbasov bir sıra ABŞ rəsmilərilə görüşəcək. Bundan əlavə, Cisco Systems şirkətinin rəhbərliyilə də görüş planlaşdırılıb.

Səfər zamanı ABŞ Ticarət Departamenti ilə "İT sahəsində qarşılıqlı anlayış haqqında" memorandum imzalanacaq. Sənəd artıq hazırdır. Əgə bu sənədi qarşıdakı səfər zamanı imzalamaq mümkün olmasa, bu, oktyabrda Bakıda təşkil olunacaq BakuTel 2006 sərgi və konfransında baş tutacaq.

Bu il Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin Hindistan, Çin Xalq Respublikası və digər ölkələrə səfərləri planlaşıdrılıb ki, həmin səfərlər zamanı bənzər sənədlərin imzalanması istisna deyil.

Xəbər lenti

Xəbər lenti