...

Rabitə Nazirliyi "BakuTel – 2006" çərçivəsində beynəlxalq konfransa hazırlaşır

Telekommunikasiya Materials 7 İyul 2006 15:19 (UTC +04:00)

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində rabitə naziri Əli Abbasovun rəhbərliyi altında Bakıda "Xüsusi iqtisadi zonalar: Azərbaycanda sabit inkişafın yeni istiqaməti" adlı beynəlxalq konfransın keçirilməsi üzrə təşkilat komitəsi yaradılıb. Bu barədə Trend Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir.

Konfrans oktyabrın 3-dən 6-dək BakuTel 12-ci beynəlxalq telekommunikasiya və informasiya sərgisi çərçivəsində keçiriləcək.

İlkin mərhələdə komitə tədbirin təşkilatçısı Britaniyanın Ite Group PLC şirkəti ilə birgə və dövlət orqanları ilə razılaşdırmaqla tədbirlərin yekun planını hazırlayacaq. Bununla yanaşı, işlər çərçivəsində təşkilat komitəsinin səmərəli və operativ fəaliyyət göstərməsi məqsədilə əlaqələndirilmiş işçi qruplar yaradılacaq.

Xəbər lenti

Xəbər lenti