...

Rabitə Sahəsində Regional Birlik Azərbaycanı dəstəkləyib

Telekommunikasiya Materials 29 May 2007 13:42 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend S.Babayeva/Rabitə Sahəsində Regional Birliyin Rabitə Adminstrasiyaları Şurasının mayın 28-də 37-ci iclası çərçivəsində oktyabrda Cenevrədə keçiriləcək Ümumdünya Radiorabitə Konfransının rəhbər vəzifələrinə Azərbaycanın namizədliyi dəstəklənib.

Rusiya Federasiyasının İnformasiya Teznologiyaları Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, bu vəzifələrə Azərbaycandan başqa Gürcüstan, Moldova, Rusiya və Ukraynanın namizədliyi dəstəklənib.

Konfransa hazırlığın yekun mərhələsində Rabitə Sahəsində Regional Birliyin Ümumdünya Radiorabitə Konfransının gündəliyinin bəndləri üzrə digər regional təşkilatların məlumatlandırıması üzrə işin aparılması və Rabitə Sahəsində Regional Birliyin Rabitə Adminstrasiyaları nümayəndə heyətlərinin qarşılıqlı məsləhətləşmələrinin davam etdirilməsi barədə qərar qəbul olunub.

Ümumdünya Radiorabitə Konfransı Azərbaycan üçün tədbirdə Azərbaycanın milli peykinin "AzərSat"ın buraxılması üzrə layihənin müzakirə edilməsi baxımından vacibdir. Yurmalada Rabitə Sahəsində Regional Birliyin iclasında Azərbaycan nümayəndə heyəti rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılığı altında iştirak edib.

Rabitə Sahəsində Regional Birlik Şurasının növbəti 38-ci iclasının 2007-ci il noyabrın sonunda Astanada (Qazaxıstan) keçirilməsi barədə qərar qəbul olunub.

Azərbaycan Rabitə Nazirliyindən verilən məlumata əsasən, nümayəndə heyətinin səfəri mayın 30-dək davam edəcək. Səfər çərçivəsində Latviyanın elektron idaretmə işləri sahəsində xüsusi tapşırıqlar üzrə naziri İna Qudelenin xüsusən Azərbaycan nümayəndə heyəti üçün təşkil etdiyi informasiya texnologiyaları üzrə Azərbaycan-Latviya biznes-forumu keçiriləcək.

Xəbər lenti

Xəbər lenti