...

"Evroset" Azərbaycanda bütün rabitə salonlarını bağlayıb

Telekommunikasiya Materials 11 İyun 2007 13:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / "Evroset" Şirkətlər Qrupu 2007-ci ilin yanvarında Azərbaycanda fəaliyyətə başlasa da, buradakı bütün rabitə salonlarını qapadıb. "RBK"nin yaydığı xəbərə görə, bu barədə XI Peterburq İqtisadi Forumu çərçivəsində "Evroset"in Direktorlar Şurasının sədri Yevgeni Çiçvarkin məlumat verib.

Onun sözlərinə görə, şirkət Azərbaycanda beş salon açıb. Lakin təkbaşına inkişaf edə bilmədiyi üçün bir neçə aydan sonra qapadılıblar.

Çiçvarkinin fikrincə, gəlir gətirməyən layihə bu il bağlanılacaq.

Xəbər lenti

Xəbər lenti