...

Poçt köçürmələrinin dünyadakı dövriyyəsi 300 mlrd. dollara bərabərdir

Telekommunikasiya Materials 20 İyun 2007 12:24 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Bu gün poçt vasitəsi ilə köçürülən pulların dünyadakı dövriyyəsi 300 mlrd. dollara bərabərdir və dünya poçt şəbəkəsi bu rəqəmdəki payının artırılması istiqamətində çalışmalıdır. Bu sözləri Strateji Beynəlxalq Forumun açılışına həsr olunmuş mətbuat konfransında Ümumdünya Poçt İttifaqının baş direktoru Eduard Dayan deyib.

Bununla yanaşı o qeyd edib ki, bu gün poçt köçürmələri xidməti bütün ölkələrdə və bütün məntəqələrdə yoxdur, bəzən isə poçt köçürmələri tarifləri baha olur. Bununla əlaqədər Dayan Rusiya Poçtunun Ümumdünya Poçt İttifaqının beynəlxalq maliyyə sisteminin inkişafı çərçivəsindəki səylərini önə çəkərək qeyd edib ki, poçt köçürmələri birgə sisteminin yaradılmasında yeni texnologiyaların istifadəsi ümumi vəzifədir.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatlarına əsasən, 2007-ci ilin birinci rübündə "Azərpoçt"la poçt köçürmələrinin sayı 40 faiz, müvafiq məbləğ isə 1,7 dəfə (2,9 mln. manat) artıb.

Xəbər lenti

Xəbər lenti