...

Nar Mobile şəbəkəsi Azərbaycan ərazisinin 80%-ni əhatə edir

Telekommunikasiya Materials 14 İyul 2007 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / "Azərfon" BM şəbəkə keyfiyyətinin daha da artırılması məqsədilə ölkə ərazisi boyunca yeni stansiyaların quraşdırılmasını davam etdirir. Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, 2007-ci ilin iyul ayının ilk həftəsi ərzində H.Z.Tağıyev və Saray qəsəbələrində, Siyəzəndə, Xızıda, Dəvəçidə, Qusar və Quba şəhərlərində ötürücü stansiyalar quraşdırılıb.

Hazırda Nar Mobile şəbəkəsi Azərbaycan ərazisinin 80%-ni əhatə edir. Yalnız son ay ərzində həm ucqar rayonları, həm də paytaxtı yüksək keyfiyyətli rabitə ilə təmin etmək məqsədilə əlavə 70 stansiya istismara verilib. Bu stansiyaların istismara verilməsi şəbəkənin tutumunun genişlənməsilə bərabər, Azərbaycanın bütün ərazəsində göstərilən xidmətlərin keyfiyyətinin artmasına səbəb olub.

"Azərfon" MMC 500 min abunəçiyə xidmət göstərə bilər, bu isə öz növbəsində şəbəkənin kommersiya fəaliyyətinə başlanma dövründə olan göstəricidən iki dəfə artıqdır.

"Azərfon" BM 2007-ci ilin sonunədək 1 milyon artıq abunəçi tutumu olan keyfiyyətli şəbəkə infrastrukturu yaratmağı planlaşdırır.

"Azərfon" BM-ə ölkədə GSM standartlı mobil rabitə xidmətləri göstərmək üçün Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnolo giyaları Nazirliyi tərəfindən 001512 nömrəli lisenziya verilib. Şirkət öz kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixindən başlayıb.

Xəbər lenti

Xəbər lenti