Azərbaycan, Bakı, 17 may /Trend, müxbir Ə. Həsənov/
"Meliorasiya və Su Təsərrüfatı" ASC yanında Biləsuvar Suvarma Sistemləri İdarəsi istismar tədbirləri üçün ehtiyat hissələrinin satın alınması ilə əlaqədar açıq tender elan edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı rəsmi mətbuatda dərc edilən məlumatda deyilir.
Tender iki lot üzrə keçiriləcək:
- Lot 1: mexaniki avadanlıqlar və mexanizmlər üçün ehtiyat hissələrinin satın alınması;
- Lot 2: əsaslı təmir üçün ehtiyat hissələrinin satın alınması.
Yüksək keyfiyyətlə yanaşı, aşağı qiymət təklif edən, müqaviləni vaxtında yerinə yetirən, analoji işlərdə təcrübəsi və sabit maliyyə vəziyyəti olan iştirakçılara üstünlük veriləcək.
Birinci və ikinci lot üzrə tenderdə iştirak haqqı 50 manat təşkil edir.
İştirakçıların tender təklifi və bank zəmanəti 18 iyun 2012-ci il, saat 18:00-dək Biləsuvar Suvarma Sistemləri İdarəsinin ünvanında - Biləsuvar şəhəri, Babək küçəsi, 5 - qəbul edilir.
Əlaqələndirici şəxs: T. Eyvazov, telefon (994 5 00 34)