Bakı. Elnur Bağışov - Trend:
Cari ilin 7 ayı ərzində 4 milyon 704 min 509 iranlı xarici ölkələrə səfər edib. İranlılar əsasən ziyarət, tranzit və iqtisadi baxımdan sərfəli ölkələri seçiblər.
Trend-in məlumatına görə, İranın Mədəniyyət, Əl İşləri Sənayesi və Turizm Təşkilatının turizm məsələləri üzrə müavini Vəli Teymuri deyib.
Onun sözlərinə görə, ötən illə müqayisədə iranlıların builki xarici səfərlərinin sayı çox azalıb.
Təşkilat rəsmisi əlavə edib ki, bu ilin əvvəlindən 7-ci ayın sonuna qədər iranlılar daha çox İraq, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Almaniya, Qətər və Ərəbistana səfər ediblər:
“Bu ölkələrdən bəzisi iranlıların yekun məqsədi sayıla bilməz. Çünki Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Qətər kimi ölkələr iranlıların tranzit kimi seçdikləri ölkələrdir. Bir çoxları səfər zamanı İstanbul və ya Dubaya gedir, lakin onların azı 70%-i bu şəhərlərdən başqa ölkəyə gedir”.