...

Pandemiyadan sonra turizm sektoru təxminən 50 faiz bərpa olunub - Agentlik sədri

Turizm Materials 24 Noyabr 2022 12:50 (UTC +04:00)
Pandemiyadan sonra turizm sektoru təxminən 50 faiz bərpa olunub - Agentlik sədri
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Pandemiyadan sonra turizm sektoru təxminən 50 faiz bərpa olunub. Yaxın iki il ərzində tam bərpa olunmasını gözləyirik. Hesab edirik ki, 2019-cu ilin rekord götəricilərinə yaxınlaşacağıq.

Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev noyabrın 24-də “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı’’ layihəsi üzrə Bakı konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, turizm tez bərpa olunan bir sahədir. “Biz coğrafiyamızı genişləndirmişik, turizm üçün yeni bazarlar açırıq. Hesab edirik ki, turizm bərpa olunancaq və müsbət dinamika davam edəcək.

Ənənəvi ökələr var ki, Azərbaycana daha çox həmin ölkələrdən xarici vətəndaşlar səfər edir. Bu ilin qış mövsümü üçün marketinq işlərini daha çox MDB, Yaxın Şərq və Avropa ölkələrində aparmışıq.

Bilirsiniz ki, qarşıdan yeni il bayramı gəlir. Azərbaycanda üç qış turizm komleksi var, Şahdağ, Tufandağ və Naxçıvanda olan Ağbulaq kompelksi. Biz düşünürük ki, yeni açdığmz bazarlardan bizə turistlər gələcəklər” – deyə F.Nağıyev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti