...

Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb

Turizm Materials 29 Avqust 2023 04:50 (UTC +04:00)
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan rusiyalı turistlərin ən çox səyahət etdiyi ölkələr beşliyinə daxil olub.

Trend xəbər verir ki, Rusiya Turizm Sənayesi İttifaqı (RTSİ) bu barədə məlumat yayıb.

Bildirilir ki, Avropaya aviauçuşların ləğvi fonunda rusiyalı turistlər MDB ölkələrinə üz tutublar. Turizm operatorları Azərbaycan, Belarus, Özbəkistan, Qırğızıstan və Ermənistanın rusiyalılar arasında populyar istiqamətlər olduğunu qeyd edirlər.

RTSİ-nin məlumatına görə, rusiyalı turistləri Azərbaycanda qiymətlər razı salır. Operatorlar tərəfindən onlara Bakı və Bakı ətrafına turlar, “Naftalan” kurortunda müalicə turları daha çox satılır.

Rusiya Federal Təhlükəsizlik Bürosunun Sərhəd Xidmətinin məlumatına əsasən, 2023-cü ilin birinci yarısında 68,9 min rusiyalı Azərbaycana səyahət edib. Ölkəmizə Rusiyadan turist axını bu dövrdə 4 dəfə artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti