...

Azərbaycanda kosmik texnika və texnologiyalar mühəndisliyi üzrə bakalavr və magistrlər hazırlanacaq (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 6 Aprel 2012 10:55 (UTC +04:00)
Azərbaycanda kosmik texnika və texnologiyalar mühəndisliyi sahəsi üzrə magistrlər hazırlanacaq.
Azərbaycanda kosmik texnika və texnologiyalar mühəndisliyi üzrə bakalavr və magistrlər hazırlanacaq (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 6 aprel / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda kosmik texnika və texnologiyalar mühəndisliyi sahəsi üzrə magistrlər hazırlanacaq.

Nazirlər Kabinetindən cümə günü Trend-ə verilən məlumata görə, bununla əlaqədar "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nın "6. Texniki və texnoloji ixtisaslar qrupu" hissəsinə "060652 Kosmik texnika və texnologiyalar mühəndisliyi" sözləri əlavə edilib.

Bununla əlaqədar "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı"nın, "Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı"nın və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarında dəyişiklik edilib.

Nazirlər Kabineti "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı"nın təsdiq edilməsi haqqında" qərarda dəyişiklik edib. Yeni qərarla "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı"nın "6. Texniki və texnoloji ixtisaslar qrupu" bölməsinə "128-2. 050652 Kosmik texnologiyalar mühəndisliyi", "128-3. 050653 Kosmik texnika mühəndisliyi" və "128-4. 050654 Kosmik idarəetmə sistemləri mühəndisliyi" hissələri əlavə edilib.

Xəbər lenti

Xəbər lenti