...

Nazir: Artıq zaman tələb edir ki, dopinqə qarşı effektli mübarizə aparaq

Nəzər nöqtəsi Materials 24 Oktyabr 2016 13:54 (UTC +04:00)
“Artıq zaman tələb edir ki, idmanda dopinqə qarşı mübarizədə fəaliyyətimizi dünyanın tələblərinə uyğunlaşdıraq və ona uyğun hərəkət edək”.
Nazir: Artıq zaman tələb edir ki, dopinqə qarşı effektli mübarizə aparaq

Bakı. İlhamə İsabalayeva - Trend:

"Artıq zaman tələb edir ki, idmanda dopinqə qarşı mübarizədə fəaliyyətimizi dünyanın tələblərinə uyğunlaşdıraq və ona uyğun hərəkət edək".

Trend-in məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında çıxış edən gənclər və idman naziri Azad Rəhimov “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə” haqqında yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, beynəlxalq aləmin dopinq sahəsindəki mübarizəsini nəzərə alaraq, Azərbaycan da bu sahədə üzərinə müəyyən öhdəliklər götürüb.

Nazir qeyd edib ki, Azərbaycan bu öhdəlikləri yerinə yetirmək istiqamətində fəaliyyət göstərməli, bu sahəyə öz töhfəsini verməlidir: “Dopinqə qarşı ciddi mübarizə metodu hazırlanmalıdır”.

A.Rəhimov bildirib ki, yeni qanunda bir neçə əsas məsələ öz əksini tapmalıdır: “Birincisi, qanun beynəlxalq standartlara cavab verməli, müstəqil Milli Antidopinq Agentliyi yaradılması, idmanda manipulyasiyaya yol verilməməsi, idmançıya hər hansı formada təzyiqlər və idmançıda dopinqin vaxtında aşkar olunması üçün lazımi maddi-texniki bazanın yaradılması öz əksini tapmalıdır. Çünki idmançılarda dopinqin aşakar edilməsi üçün ildə 700-800 növ testdən və müayinədən keçilməsi nəzərdə tutulur. Elə etməliyik ki, dopinqə qarşı effektli mübarizə apara bilək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti