...

Arye Qut: Serj Sarkisyan öz əməlləri ilə faşist Njdenin davamçısı olduğunu sübut etdi

Nəzər nöqtəsi Materials 28 Noyabr 2017 12:27 (UTC +04:00)
Serj Sarkisyan öz əməlləri ilə faşist Njdenin davamçısı olduğunu sübut etdi.
Arye Qut: Serj Sarkisyan öz əməlləri ilə faşist Njdenin davamçısı olduğunu sübut etdi

Bakı. Elçin Mehdiyev - Trend:

Serj Sarkisyan öz əməlləri ilə faşist Njdenin davamçısı olduğunu sübut etdi.

Trend-in məlumatına görə, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut Bakıda “Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

A.Qut bildirib ki, Azərbaycan müxtəlif millətlərin sülh şəraitində yaşadığı çox az dövlətlərdən biridir: "Azərbaycanın multikultural ənənələri dünya dövlətləri üçün nümunə ola bilər. Azərbaycan tolerantlığın dünyada daha da geniş yayılmasına töhfə verəcək".

O vurğulayıb ki, Ermənistan Azərbaycan ərazilərini işğal edib, ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkün var, buna baxmayaraq Azərbaycanda antisemitizm heç zaman müşahidə olunmayıb və bu, qürurverici bir faktdır.

A.Qut onu da əlavə edib ki, Ermənistan prezidenti Serj Sarkisyan öz əməlləri ilə faşist Njdenin davamçısı olduğunu sübut edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti