...

Mariya Zaxarova: «JARA-2018» birləşdirən beynəlxalq festivaldır

Nəzər nöqtəsi Materials 3 Avqust 2018 16:19 (UTC +04:00)
İyulun 26-dan 29-dək Bakıda keçirilmiş «JARA-2018» beynəlxalq musiqi festivalı humanitar sahədə həyata keçirilməli olan real əməkdaşlığın gözəl nümunəsidir
Mariya Zaxarova: «JARA-2018» birləşdirən beynəlxalq festivaldır

Bakı. Ləman Zeynalova - Trend:

İyulun 26-dan 29-dək Bakıda keçirilmiş «JARA-2018» beynəlxalq musiqi festivalı humanitar sahədə həyata keçirilməli olan real əməkdaşlığın gözəl nümunəsidir.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova mətbuat konfransı zamanı deyib.

O deyib: “Bu, ayıran yox, birləşdirən beynəlxalq festivaldır. Bu tədbir göstərir ki, bizim xüsusiyyətlərimiz fərqlilikləri vurğulamamalıdır, əksinə bizim xüsusiyyətlərimiz bizi birləşdirə bilər. Biz adətləri, ənənələri və tariximizi məhz bu birləşdirici məqsədlər üçün istifadə etməliyik. Mənim gördüklərim məhz bunları ifadə edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti