...

Yunanıstandan Azərbaycana birbaşa aviareys açılır

Informer Materials 9 Avqust 2023 17:00 (UTC +04:00)
Yunanıstandan Azərbaycana birbaşa aviareys açılır
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstanın "Aegean Airlines" aviaşirkəti Afina-Bakı-Afina marşrutu üzrə birbaşa reyslər yerinə yetirəcək.

Trend çərşənbə günü xəbər verir ki, aviaşirkət reysləri bu il sentyabrın 29-dan yerinə yetirəcək.

"Aegean Airlines" şirkətinin cədvəlinə əsasən, uçuşlar bazar ertəsi və cümə günü olmaqla həftədə iki dəfə yerinə yetiriləcək.

Birinci reys Afinadan sentyabrın 29-da saat 23:05-də (GMT+3) qalxacaq və Azərbaycan paytaxtına saat 03:20-də (GMT+4) enəcək. Uçuş müddəti 3 saat 15 dəqiqə olacaq. Əks istiqamətdə reyslər saat 04:20-də (GMT +4) qalxacaq və saat 06:50-də (GMT +3) Afinaya enəcək. Uçuş müddəti 3 saat 30 dəqiqə olacaq.

Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Heydər Əliyev Beynəlxalq Aeroportuna 57 xarici aviaşirkətin mütəmadi reysləri həyata keçirilib. Daha çox sərnişin daşıyan aviaşirkətlər "Turkish Airlines", "Utair", "Aeroflot", "flydubai" və "WizzАir" olub. Heydər Əliyev Beynəlxalq Aeroportunun ümumi sərnişin axını qeyd olunan dövrdə 1,5 dəfə artaraq 2,464 milyondan çox sərnişinə çatıb. Daşınan bütün sərnişinlərin 49,82 faizi beynəlxalq aviadaşıyıcıların payına düşür. Əcnəbi aviaşirkətlər 1,237 milyondan çox sərnişin daşıyıb. Sərnişin daşımalarının yerdə qalan hissəsi (1,226 milyon nəfər) AZAL aviaşirkəti tərəfindən həyata keçirilib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti