...

İran dünyada enerji tələbatı ilə bağlı təhlükənin qarşısını almaq üçün böyük potensiala malikdir – iranlı general

Dünya xəbərləri Materials 9 İyul 2008 12:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir T.Cəfərov / İranın Sepah korpusunun Hərbi Dəniz Qüvvələri komandanı, admiral Mürtəza Səffari bildirib ki, İran İslam Respublikası və region ölkələri dünya ölkələrinin enerji tələbatı ilə bağlı təhlükənin qarşısını almaq üçün böyük potensiala malikdir.

Bu barədə İranın "İRNA" agentliyi məlumat yayıb.

Səffari İranın Sepah korpusunun Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin birgə keçirdiyi "Böyük Peyğəmbər 3 " adlanan hərbi təlimlərin gedişi çərçivəsində bu gün bildirib ki, Sepahın Hərbi Dəniz Qüvvələri bu təlimi keçirməklə həm ehtimal olunan təhlükəyə qarşı öz gücünü nümayiş etdirir, həm də region ölkələrinə və xalqlarına özünəgüvən mesajı göndərir.

Müəllif ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti