...

Rusiya aviasiyası Tbilisi beynəlxalq aeroportunun işini iflic vəziyyətə salmağa cəhd göstərir – DİN

Dünya xəbərləri Materials 11 Avqust 2008 14:38 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 avqust / Trend , müxbir N.Kirtsxaliya/ Rusiya təyyarələrinin Tbilisi beynəlxalq aeroportunun şəhərdə yerləşən radiolakasiya sisteminə hücum etməsinə baxmayaraq, aeroport fəaliyyətini davam etdirir. Bu barədə Gürcüstan DİN-in Təhlil və İnformasiya Departamentinin rəhbəri Şota Utiaşvili bildirib.

"Bu sistemə müəyyən dərəcədə ziyan dəyib, lakin aeroport normal şəkildə fəaliyyət göstərir", - deyə o bildirib.

DİN nümayəndəsi qeyd edib ki, bütün gecə Rusiya aviasiyası Qorini və Kodor dərəsini bombalayıb. "Dərədə bizim silahlı qüvvələr bütün gecə bombardımana və onlardan üstün qüvvələrin hücumuna məruz qalmalarına baxmayaraq, bir addım belə geri çəkilməyiblər", - deyə o bildirib.

Son günlər Tbilisi aeroportunda iş gərginləşib. Bura beynəlxalq nümayəndə heyətlərinin, xarici dövlətlərin hökumət və XİN rəhbərlərinin axını müşahidə olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti