...

Sentyabrın sonunda Moskvada Yuliya Timoşenkonun Vladimir Putin ilə görüşü planlaşdırılıb

Dünya xəbərləri Materials 22 Sentyabr 2008 15:32 (UTC +04:00)

Ukrayna, Kiyev /Sentyabrın sonunda Moskvada Ukrayna və Rusiya Baş nazirləri Yuliya Timoşenkonun və Vladimir Putinin görüşü planlaşdırılıb

Bu barədə УНИАН, Rusiyanın "Nezavisimaya qazeta"nəşrinin 22 sentyabr tarixli buraxılışına istinadən, məlumat verib.

"Sentyabrın sonunda Moskvada Ukrayna və Rusiya arasında ticarət - iqtisadi əməkdaşlıqla bağlı danışıqlar planlaşdırılıb. Gözlənildiyinə görə, danışıqlarda nümayəndə heyətlərinə Baş nazirlər Vladimir Putin və Yuliya Timoşenko başçılıq edəcəklər", - nəşr xəbər verib.

Qeyd edilir ki, Ukrayna hökuməti yeni ticarət müharibələrindən və qazın güzəştli qiymətləri üzrə danışıqların dayandırılmasından ehtiyat edir.     

Əvvəllər xəbər verildiyi kimi, RF hökuməti Ukrayna istehsalı malların ayrı - ayrı növlərinin idxalına məhudiyyətlər qoymağı planlaşdırıb. Rəsmi surətdə bu tədbirlərin görülməsi, Ukraynanın Ümumdünya Ticarət Təşkilatına daxil olması şəraitində Rusiya bazarının qorunması zərurəti ilə izah edilib.

Xəbər lenti

Xəbər lenti