...

Ukrayna 2009 - cu ildə NATO -ya üzvlük üzrə fəaliyyət Planına qoşula bilər – ABŞ səfiri

Dünya xəbərləri Materials 3 Noyabr 2008 15:57 (UTC +04:00)

ABŞ -ın Ukraynadakı Fövqəladə və Səlahiyyətli Səfiri Uilyam Teylor hesab edir ki, Ukrayna gələn il NATO -ya üzvlük üzrə fəaliyyət Planına (ÜFP) qoşula bilər. O bu fikri "Qazeta 24" nəşrinin bugünkü sayında dərc olunmuş müsahibəsində ifadə edib.

Teylorun sözlərinə görə, Ukrayna üçün ÜFP üzrə qərar qəbul etmək NATO - ya dekabrda keçiriləcək görüşdə çətin olacaq ; görüşə hazırlıq ərəfəsində xarici işlər nazirlərinin öyrəndikləri və nəzərə aldıqları göstərictlərdən biri siyasi stabillikdir.

ABŞ səfiri bildirib ki, 2009 - cu ilin aprel ində NATO -nun növbəti sammiti, yayın əvvəlində NATO -ya üzv ölkələrin xarici işlər nazirlərinin yeni görüşü keçiriləcək.

"Bu görüşlər Ukraynada siyasi stabillik məsələsinə, ölkə lidrlərinin ÜFP - yə qoşulmaq istəyinə baxma ğa bir sıra imkanlar yaradacaq", - deyə Teylor bildirib.

O qeyd edib ki, Şimali Atlantika Alyansının ÜFP- ni təklif etməyə hazır olması rəsmi Kiyevdən asılıdır. " Ukrayna rəhbərliyi gələcəkdə də ÜFP -ni almaqda maraqlı olar sa, aprel və ya iyun aylarında, sözsüz ki, belə bir imkan olacaq", - deyə amerikalı səfir bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti