...

AKP-nin Türkiyənin cənub-şərqində səs itirməsinin əsas səbəbi PKK-terror təşkilatı ilə bağlıdır - Türkiyənin dövlət naziri

Dünya xəbərləri Materials 1 Aprel 2009 11:24 (UTC +04:00)
AKP-nin Türkiyənin cənub-şərqində səs  itirməsinin əsas səbəbi PKK-terror təşkilatı ilə bağlıdır - Türkiyənin dövlət naziri

Türkiyənin dövlət naziri Egemen Bağış hakim partiyanın Türkiyənin cənub-şərqində bələdiyyə seçkilərində səs itirməsinin əsas səbəbini PKK terror təşkilatı ilə əlaqələndirib. Onun sözlərinə görə, onlar əhalini hədələyərək səsvermədə iştirak etməsinə mane olublar. Bu haqda Türkiyənin PRESSTURK xəbər portalı məlumat verib.

"PKK terror təşkilatı xalqı hədələyib ki, AKP-yə səs verməsin", - deyə Bağış bildirib. Dövlət naziri onu da qeyd edib ki, belə çətin bir şəraitdə xalqın səsvermədə iştirak etməsi həddən artıq çətin olub.

Martın 29-da Türkiyədə bələdiyyə seçkilərinə səsvermə keçirilib. Seçkilərdə əsasən hakim Ədalət və İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və Cümhuriyyət Xalq Partiyası (CHP) arasında mübarizə gedib.

Seçkilərin nəticələrinə əsasən, AKP səslərin 40 faizini qazanıb. Səslərin hesablanmasının sonuna yaxın media mənsubları qarşısına çıxan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edbi ki, 29 mart seçkiləri demokratiya tarixinin bir hissəsi oldu. Baş nazir deyib ki, Türkiyə hökuməti bütün yeni seçilən bələdiyyə başçıları ilə təmsil etdikləri partiya mənsubbiyətindən asılı olmayaraq, yaxından işləyəcək.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti