İran Prezidentinin müşaviri Pərviz Davudi bildirib ki, İran Qərbdən 20 faizlik zənginləşdirilmiş uran təhvil aldıqdan sonra 3,5 faizlik uranı onlara təhvil verəcək.
İRNA agentliyinin noyabrın 16-da yaydığı məlumata əsasən, Davudi bildirib ki, Qərb əvvəlkindən fərqli olaraq, İranla bağlı tutduğu mövqeyində mülayimləşib və İranın uranı müəyyən dərəcəyədək zənginləşdirmə planını qəbul edib.
Trend -un arayışı: Qərb İrandan tələb edir ki, "Tehran" nüvə laboratoriyası reaktorunun yanacağının təmin edilməsi üçün Rusiyaya 1200 kq 3,5 faizlik zənginləşdirilmiş uran verməklə, 20 faizlik zənginləşdirilmiş uran təhvil alsın.
Davudi bildirib ki, İran Qərbə etibar etmir, buna görə də, Qərbdən 20 faizlik uran almayınca, zəif dərəcədə zənginləşdirilmiş uranı Qərbə təhvil verməyəcək.
BMT Təhlükəsizlik Şurası İranın nüvə proqramını dayandırmaq üçün beş qətnamə qəbul edib. Qətnamələrin üçü İrana iqtisadi sanksiyaların tətbiq olunması ilə bağlıdır.