...

İran polisi "Təhlükəsizlik və sabitlik" təlimləri keçirib

Dünya xəbərləri Materials 10 Dekabr 2009 17:22 (UTC +04:00)
İranın hüquq-mühafizə qüvvələri Məşhəd şəhərində "Təhlükəsizlik və sabitlik" şərti adı altında təlimlər keçirib. Bu barədə Trend News İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.
İran polisi "Təhlükəsizlik və sabitlik" təlimləri keçirib

İranın hüquq-mühafizə qüvvələri Məşhəd şəhərində "Təhlükəsizlik və sabitlik" şərti adı altında təlimlər keçirib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.

Məlumata əsasən, təlimdə İranın hüquq-mühafizə qüvvələrinin komandanı general İsmayıl Əhmədi Müqəddəm iştirak edib. Təlimlərdə polis qüvvələri ilə yanaşı, çevik polis alayı və MTN qüvvələri də iştirak ediblər.

Təlimlərin keçirilməsində məqsəd hüquq-mühafizə qüvvələrinin hazırlıq səviyyəsinin artırılmasıdır.

Xəbər lenti

Xəbər lenti