Əfqanıstan Prezidenti Həmid Kərzayi iranlı həmkarı Mahmud Əhmədinejadın dəvəti ilə İrana rəsmi səfər edəcək. Məlumatı FARS informasiya agentliyi yayıb.
Əfqanıstan Prezident Administrasiyasının mətbuat katibi Siyamak Həravi bildirib ki, səfərin dəqiq vaxtı müəyyən olunmayıb, lakin səfərin təxminən yaxın iki həftə ərzində baş tutacağı gözlənilir.
FARS agentliyi tərəfindən yayılan məlumatda bildirilir ki, Əfqanıstan, İran və Tacikistan prezidentləri martın 26-da Tehranda görüşəcəklər.