...

Türkiyənin energetika nazirinin burnu sındı, eynəyi qırıldı (YENİLƏNİB)

Dünya xəbərləri Materials 19 Aprel 2010 18:32 (UTC +04:00)

Dəfn mərasimi zamanı Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldıza hücum nəticəsində onu burnu sınıb və eynəyi qırılıb. Məlumatı CNN Turk telekanalı yayıb.

Yerli bədən tərbiyəsi müəllimi kürd separatçıları ilə qarşıdurmada həlak olan zabitin Kayseridə dəfnində iştirak edən Yıldızın gözlənilmədən üstünə atılıb. Yaralı nazir ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Bildirilir ki, hazırda onun vəziyyəti qənaətbəxşdir.

Hücüm edən və daha üç nəfər keşikçi polis tərəfindən saxlanılıb, araşdırma aparılır. Energetika və təbii resurslar naziri ilə yanaşı, Türkiyənin daxili işlər naziri Bəşir Atalay da mərasimdə iştirak edib, lakin hadisə baş verən anda mərasimdə olmayıb.

Xəbər lenti

Xəbər lenti