...

Ankara-Yerevan danışıqları Azərbaycan-Ermənistan danışıqları ilə bərabər aparılmalıdır -Türkiyə XİN

Dünya xəbərləri Materials 30 Noyabr 2010 13:34 (UTC +04:00)
Tükiyənin xarici işlər naziri Əhməd Davudoğlu ABŞ-a səfəri zamanı dövlət katibi Hillari Klintonla görüşündən sonra keçirdiyi mətbuat konfransında Türkiyə-Ermənistan danışıqlarının Azərbaycan-Ermənistan danışıqları ilə paralel aparılmalı olduğunu bildirib.
Ankara-Yerevan danışıqları Azərbaycan-Ermənistan danışıqları ilə bərabər aparılmalıdır -Türkiyə XİN

Tükiyənin xarici işlər naziri Əhməd Davudoğlu ABŞ-a səfəri zamanı dövlət katibi Hillari Klintonla görüşündən sonra keçirdiyi mətbuat konfransında Türkiyə-Ermənistan danışıqlarının Azərbaycan-Ermənistan danışıqları ilə paralel aparılmalı olduğunu bildirib.

Bu barədə Türkiyənin "CNN Türk" telekanalı məlumat verib.

"Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi nə qədər uğurla davam etdirilsə də, Ermənistanla Azərbaycan arasındakı münaqişə bu danışıqlara öz mənfi təsirin göstərəcək", - Türkiyə XİN rəhbəri bildirib.

Davudoğlu Ankara-Yerevan protokollarının yalnız regionda sülhün olacağı təqdirdə qüvvədə qalacağına ümidlə yanaşdığını bildirib.

XİN rəsmisi onu da qeyd edib ki, Türkiyə ermənilərə qarşı heç vaxt ayrı-seçkilik salmayıb və Osmanlı torpaqlarında erməni nazirlər olub.

1915-ci il hadisələrinə münasibət bildirən XİN rəsmisi qeyd edib ki, bu məsələnin araşdırılmasında ədalət çox önəmlidir.

"1915-ci ildə sadəcə ermənilər deyil, türklər də qətlə yetirilib. Bu hadisələrə sadəcə erməni xalqının problemi kimi yanaşmaq doğru deyil", - Davudoğlu qeyd edib.

2009-cu il oktyabrın 10-da Sürixdə Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin yaxşılaşdırılmasına dair protokollar imzalanıb. Aprelin 22-də Ermənistan prezidenti Serj Sarkisyan xalqa müraciətində protokolların ratifikasiyasının dondurulduğunu bildirib.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

Xəbər lenti

Xəbər lenti