Somali dəniz quldurları Malayziya bayrağı altında üzən "MV Albedo" gəmisinə hücum edərək onu ələ keçiriblər. Gəmidəki İran, Şri-Lanka, Banqladeş və Pakistandan 23 dənizçi girov götürülüb. Bu barədə İranın İSNA xəbər agentliyi məlumat verir.
Məlumata əsasən, gəmi Birləşmiş Ərəb Əmirliyindən Keniyaya yük aparırmış. Hind okeanı və Ədən körfəzində piratlığa qarşı mübarizə aparan Avropa İttifaqın missiyası bu xəbəri təsdiqləyib və gəminin cümə günü ələ keçirildiyini deyib.