...

İranın Kürdüstan əyalətində baş verən atışma zamanı girov götürülən şəxslər azad ediliblər (ƏLAVƏ OLUNUB-2)

Dünya xəbərləri Materials 22 Aprel 2011 15:12 (UTC +04:00)
İranın Kürdüstan əyalətinin Sənəndəc şəhərinin beş kilometrliyində yerləşən Həsənabad kəndində polis və silahlı şəxslər arasında atışma baş verib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.
İranın Kürdüstan əyalətində baş verən atışma zamanı girov götürülən şəxslər azad ediliblər (ƏLAVƏ OLUNUB-2)

Başlıq dəyişdirilib, sonuncu abzas əlavə olunub (ilk xəbər 21 aprel saat 17:34-də yayılıb)

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir T.Cəfərov/

İranın Kürdüstan əyalətinin Sənəndəc şəhərinin beş kilometrliyində yerləşən Həsənabad kəndində polis və silahlı şəxslər arasında atışma baş verib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

İranın Kürdüstan əyalətinin polis idarəsi polis və silahlılar arasında atışma baş verdiyini təsdiqləyib.

Son bir neçə həftə ərzidə İranın Kürdüstan əyalətində bir neçə terror aktı baş verib. Aprelin 2-də Mərivan şəhərində sərhəd komandanlığına hücum edilib. Hadisə zamanı 4 nəfər ölüb, 5 nəfər yaralanıb. Bundan əvvəl Sənəndəc şəhərində terror qruplaşması yol polisinə hücum etmişdi, nəticədə bir yol polisi yaralanmışdı. Eləcə də martın 24-də Sənəndəc şəhərində terror qruplaşması polisə hücum etmişdi. Bu hadisədən bir saat sonra digər bir terror aktında da polisə hücum olmuşdu. Nəticədə iki polis həlak olmuş, üçü isə yaralanmışdı.

Aprelin 4-də PKK terror qruplaşmasının İran cinahı olan "Pejak" aprelin 2-də Kürdüstan əyalətinin Mərivan şəhərində baş vermiş terror aktının məsuliyyətini öz üzərinə götürüb.

MEHR agentliyinin xəbərinə görə, ötən gün yerli vaxtla saat 15:00-da başlayan atışma gecə yarısına kimi davam edib. Atışma əsasən kəndin girəcəyində naməlum şəxslərlə polis arasında baş verib.

Şahidlərin dediyinə görə, naməlum şəxslər bir və ya bir neçə nəfəri girov götürüblər. Bundan sonra polis hadisə yerinə gəlib və həmin şəxslərlə polis arsında atışma başlayıb. Hələlik Kürdüstan əyalətinin rəsmilərindən heç kim bu hadisənin təfərrütları ilə bağlı açıqlama verməyib.

İranın FARS xəbər agentliyinin məlumatına əsasən, ötən gün bir neçə nəfər naməlum şəxs (FARS agentliyi həmin şəxsləri İslam İnqilabına zidd quruplaşmanın üzvü kimi təqdim edib) Sənəndəc şəhərinin Həsənabad kəndində bir ailənin 5 üzvünü girov götürüblər. Hadisə yerinə polis gəlib. Yerli vaxtla 15:00-dan 23:00-dək davam edən atışmadan sonra girov götürənlərdən bir neçəsi ölüb, bir neçə nəfər yaralanıb, girovların hamısı isə azad ediliblər.

Xəbər lenti

Xəbər lenti